Mərkəzi Bankın valyuta ehtiyatları 26 faiz artıb

16:31 02.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 783,5 milyon ABŞ dolları təşkil edib.

Hafta.az quruma istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,2 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,5 %, son 1 ildə isə 25,8 % artıb.